Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır
10:52 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbankuli Berdımuxammedov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, pulsuz kommunal xidmətlərin ləğvi Trükmənistanın üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar ola bilər. 
Qeyd edək ki, Orta Asiyanın ən böyük qaz ixracatçısı bir il bundan əvvəl qiymətlərin azalması ilə əlaqədar valyuta çatışmazlığı ilə üzləşib və dollar satışını məhdudlaşdırıb. 5,5 mln. əhalisi olan Türkmənistanın əhalisi 24 ildir ki, kommunal xidmətlərdən limitli də olsa pulsuz faydalanıblar. 2014-cü ilə qədər isə vətəndaşlara ayda 120 litr benzin pulsuz verilib. Yerli informasiya agentlikləri yazır ki, bundan sonra pulsuz kommunal xidmətlərlə yalnız əhalinin maddi baxımdan zəif təbəqəsi təmin oluna bilər. 
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) Türkmənistanın dövlət büdcəsi kəsinin artmaqda davam edəcəyini  və bu il ümumi daxili məhsulun 0,7%-i qədər olacağını proqnozlaşdırır. 
Hazırda Türkmənistan yalnız Çinə "mavi yanacaq" ixrac edir. Bu ölkə hər il Türkmənistandan ildə 35-40 mlrd. kub metr qaz alır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkmenistan-pulsuz-kommunal-xidmetleri-legv-etmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR