Azərbaycan və Pakistan təhlükəsizliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan və Pakistan təhlükəsizliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib
10:52 9 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyyatda olan general-leytenat Nasir Xan Janjua ilə görüşüb.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ermənistanın işğalçılıq siyasəti və təxribatları haqqında məlumat verən səfir Ə.Əlizadə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına Ermənistanın maneə olduğunu, Pakistanın ölkəmizə birmənalı dəstəyinin daim yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini vurğulayan səfir, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu və Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyyatda olan general-leytenat N.X.Janjua Azərbaycana dəstəyin davam edəcəyini, Pakistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin artırılmasının vacibliyini qeyd edib.

Görüşdə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının gücləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR