Xərçəngdən qoruyur, hər kəsin evində var...

Zeytun yağı beyin xərçənginin qarşısını alır.

Metbuat.az xəbər verir ki, Şotlandiyada aparılan araşdırmada zeytun yağının beyin xərçənginin qarşısını aldığı məlum olub. Yağdakı “oleik” turşusu beyin şişlərinin ortaya çıxmasını əngəlləyir. Mütəxəssislər bu üsuldan yeni müalicə metodu kimi istifadə edəcəyini bildirib.

Qeyd edək ki, zeytun yağı E, K, kalium, kalsium, dəmir kimi mineral maddələrlə zəngindir. Təbii antioksidant olan zeytun yağı saç və dəri sağlamlığı üçün çox vacibdir. Zeytun yağını dəniz suyu ilə qarışdırıb istifadə etdikdə, quru dərilərdə əmələ gələn problemlərin qarşısını alır. Yağın faydaları bununla bitmir. Sinə xərçəngi riskini azaldır, şəkərli diabet xəstələrində qan şəkərini normallaşdırır. Qaraciyəri qoruyur, xolestrolu aşağı salır. Lakin həddindən artıq istifadə edildikdə damarda tıxanıqlığa səbəb ola bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR