SOCAR büdcə ödənişini 19% artırıb

SOCAR büdcə ödənişini 19% artırıb
11:02 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-may aylarında büdcəyə 669,888 mln. manat vəsait ödəyib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107,107 mln. manat və ya 19% çoxdur.
Şirkət tərəfindən beş ayda həyata keçirilən büdcə ödənişinin 139,586 mln. manatı may ayının payına düşüb. Bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21, 780 mln. manat və ya 18,5% çoxdur.
Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,945 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 5,7% çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62,460 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5,101 mln. manat və ya 8,9% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-budce-odenisini-19-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR