"Maşın" şouda növbəti BİABIRÇILIQ - FOTO

"Maşın" şouda növbəti BİABIRÇILIQ - FOTO
11:03 9 İyun 2017
213 Şou
Ölkə mətbuatı
A- A+

“Maşın” şouda səsvermənin nəticələri ilə bağlı daha bir saxtakarlıq irəli sürülüb.

Publika.az xəbər verir ki, “Maşın şou”nun dünənki buraxılışında iştirakçılar oyundan Nadir Qafarzadə çıxartmaq istəyib. Qutudan ən çox onun şəkli çıxıb. Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib. Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini dilə gətirib. Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin başqa seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə ən güclü rəqibinin rejissor Aqil M.Quliyevi olduğunu düşündüyünü deyib və onu oyundan çıxaracağını söyləyib.

Nadir Qafarzadə səsvermə nəticəsində 40.11 faiz “qalsın”, 59.88 faiz “getsin” ə toplayıb. Bu səs faizlərini topladıqda isə 99.99 faiz olması çoxlarını çaş-baş salıb.

Qeyd edək ki, səsvermədə faizlərinin uyğunsuzluğu bir dəfə də baş vermişdi. Müğənni Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-“qalsın”, 65,29 faiz səs “getsin”ə topladığı halda, səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/201931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR