Kərbəla, Nəcəf və Məşhəd ziyarətlərinin qiyməti açıqlanıb

Kərbəla, Nəcəf və Məşhəd ziyarətlərinin qiyməti açıqlanıb
11:04 9 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.

 

QMİ-dən APA-ya verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək. 

 

Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq. 

 

İndiyədək müxtəlif qurumlar  vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.

 

Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR