Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir

Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir
11:05 9 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Kirmanşah şəhərində Tehranda baş vermiş terrorda rolu olmuş iki nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kirmanşah polisi elan edib ki, Ravansər bölgəsində 2 nəfər saxlanılıb. Bundan başqa, Kirmanşahın Səlas Babacani şəhərində sahibsiz "Peugeot" markalı avtomobildə 92 ədəd tapança tapılıb.  
 
Qeyd edək ki, iyunun 7-də Tehranda baş vermiş terror hadisələri nəticəsində 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
  
Hazırda Tehranda terror qurbanları ilə vida mərasimi keçirilir. Vida mərasimi parlament binasında təşkil olunub. Mərasimdə dövlət rəsmiləri və xarici diplomatlar iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR