Milli Məclis sədrinin müavini: “Azərbaycanla Rusiya arasında gərginləşmə yoxdur”

Milli Məclis sədrinin müavini: “Azərbaycanla Rusiya arasında gərginləşmə yoxdur”
11:12 9 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ “Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı şərhlər verilir. Amma bu, gərginləşmə demək deyil. Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərdir. Bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daim yerinə yetirdiyinin şahidi oluruq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi kimi münasibətdə olduğu ölkələrdən, o cümlədən Rusiyadan da buna adekvat olan addımı atmağı gözləyir: "Bu günə qədər də hər hansı ciddi problemimiz olmayıb. Müxtəlif yönlərdən şərhlərin verilməsinə rəğmən məsələ hüquqi müstəvidə həll edilməlidir. Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətləri gərginləşdirmək yolunda problemlər yarada bilər. Özü-özlüyündə Azərbaycanın müvafiq dövlət qurumları, Milli Məclisi, vətəndaş cəmiyyətinin nümayəndələri və o cümlədən mətbuat bu məsələnin hüquq çərçivəsində həll edilməsini gözləməlidirlər. Açıqlamalar və şərhlər bu yöndə verilməlidir. Rusiyada yaşayan azərbaycanlılar bizimlə eyni soy-kökdən olsalar da, onlar Rusiya vətəndaşlarıdırlar”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclis-sedrinin-muavini-azerbaycanla-rusiya-arasinda-gerginlesme-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR