Rusiya Türkiyədən pomidor asılılığını azaldır

Rusiya Türkiyədən pomidor asılılığını azaldır
11:12 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiya Türkiyədən mal idxalı ilə bağlı embarqonu aradan qaldırsa da, bu, pomidora aid edilməyib. 
"Report" türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın son 2 ildə 500 hektar ərazidə 600 mln. ABŞ dolları investisya qoymaqla istixanalar yaratmasıdır. 
Rusiya yaxın illərdə istixanaların sahəsini 1 500 hektara çatdırmağı planlaşdırır. Bununla da, rəsmi Moskva Ankara ilə münasibətlərdə yaranmış soyuqluqdan istifadə edərək kənd təsərrüfatı istehsalını stimullaşdırır və Türkiyədən pomidor asılılığını azaldır. 
Rusiyadakı soyuq hava şəraiti nəzərə alınarsa, 1 hektar istixanadan məhsul toplamaq üçün 2 MVt. elektrik enerjisi sərf etmək lazımdır. Daşınma ilə bağlı problemlər də nəzərə alınarsa, Rusiya pomodorunun 1 kiloqramı Türkiyə pomidoru ilə müqayisədə 3 dəfə baha - 63 rubla (təxminən 2 manata) başa gəlir. 
Qeyd edək ki, Rusiya istixanalarında yetişdirilən məhsulların 60%-i xiyar, 20%-i pomidor, 20%-i isə digər tərəvəzlərdir. Rusiya hökumətinin Türkiyəyə pomidor embarqosunun istixana biznesinə müsbət, inflyasiyaya isə mənfi təsir edəcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-turkiyeden-pomidor-asililigini-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR