Türkiyədə müəlicə alan nazir əməliyyat olunacaq

Türkiyədə müəlicə alan nazir əməliyyat olunacaq
11:13 9 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.

Bu barədə nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti sabitləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR