Natiq Əliyevin səhhəti ilə bağlı

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.

Bu haqda nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti stabilləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiətilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.//Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR