Ərdoğan bu məsələ ilə bağlı sərəncam imzaladı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Türkiyə və Qətər arasında "ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü il sazişi"nə əsasən, türk hərbçilər Qətəri hava və sudan qorumaq öhdəliyi də götürüb.

Qeyd edək ki, Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR