"Müsahibə mərhələsinin ödənişli olması ilə bağlı qərar yoxdur" - FOTO

"Müsahibə mərhələsinin ödənişli olması ilə bağlı qərar yoxdur" - FOTO
11:42 9 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul müsabiqəsi ilk olaraq V-VII təsnifat üzrə keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, DİM tərəfindən dövlət qulluğuna qəbulla bağlı müsahibə qaydaları artıq hazırlanıb. "Dövlət qulluğuna qəbul haqqında" qanuna dəyişikliklər edildikdən sonra həmin qaydalar təsdiq olunacaq.

B.Xəlilov deyib ki, dövlət qulluğuna qəbul yeni müsahibə qaydaları əsasında keçiriləcək:

"Yeni müsahibə qaydalarının əvvəlkindən ciddi fərqi yoxdur. Yalnız müsahibə qruplarının formalaşdırılması qaydasında fərqlilik var. Müsahibənin kim tərəfindən elan edilməsi ilə bağlı da cüzi fərq var".

B.Xəlilov əlavə edib ki, hələlik Tarif Şurası tərəfindən test imtahanlarında iştirakın ödənişi təsdiqlənib. Müsahibə mərhələsinin ödənişli olması ilə bağlı hələlik heç bir qərar yoxdur.

B.Xəlilov qeyd edib ki, DİM-in publik hüquqi şəxs kimi formalaşması tam başa çatdıqdan, dövlət qulluğuna qəbul haqqında qanuna dəyişikliklər edildikdən və yeni müsahibə qaydaları təsdiq edildikdən sonra dövlət qulluğuna qəbul keçiriləcək.

Onun sözlərinə görə, artıq dövlət orqanları tərəfindən vakansiyalar təqdim edilib:

"Müsahibə ilk olaraq V və VII təsnifat üzrə keçiriləcək. Bu təsnifat üzrə 1000-dən çox vakansiya var. VII təsnifat ən aşağı vəzifələrdir ki, bura yerli icra hakimiyyətləri və mərkəzi icra hakimiyyəti orqanlarının bölmələrinin vəzifələri daxildir. V təsnifata isə mərkəzi icra hakimiyyəti orqanlarında, nazirliklərdə, komitələrdə sektor müdiri vəzifələri daxildir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR