"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran Prisində rəsmi tərəfdaşı olub

"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran Prisində rəsmi tərəfdaşı olub
11:47 9 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Premium" kinoteatrlar şəbəkəsi “CinemaPlus” FİDE Qran Prisində iştirak edən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəsmi tərəfdaşı olub. "Report"un məlumatına görə, “CinemaPlus” 4 seriyadan ibarət yarışın qalibinin məhz Rəcəbov olacağına ümid edir. 
Qeyd edək ki, Qran Pri seriyalarından ilk 2-si Qra Şarja (Birləşmiş Ərəb Əmirlikləri) və Moskva (Rusiya) şəhərlərində keçirilib. 5 - 16 iyulda Cenevrə (İsveçrə), 15 - 26 noyabrda Palma-de-Mayorka (İspaniya) şəhərləri son 2 Qran Priyə ev sahibliyi edəcək. Seriya nəticəsində iki qalib müəyyənləşəcək və İddiaçılar Turnirinə vəsiqə qazanacaq. 





Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cinemaplus-teymur-recebovun-fi-de-qran-prisinde-resmi-terefdasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR