Ronalduya “kitayski” təklif: 200 milyon

Ronalduya “kitayski” təklif: 200 milyon
11:47 9 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldu karyerasını Çində davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, superulduz fantastik təklif alıb.

Belə ki, Çin klublarından birinin bu transfer üçün 200 milyon avro ayırdığı vurğulanıb. 32 yaşlı forvardın özünə isə illik 120 milyon avro maaş təklif edilib. Transfer məsələsində israrlı olan çinlilər gələn həftə Madridə yollanaraq, "Real"ın prezidenti Florentino Pereslə görüşəcək və onu razı salmağa çalışacaqlar. Əgər keçid baş tutarsa, Ronaldu həm ən bahalı, həm də ən çox maaş alan futbolçu olacaq.
 
Qeyd edək ki, "Real" Kriştianu Ronaldunu 2009-cu ildə "Mançester Yunayted"dən 94 milyon avroya alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR