Bakıda lombarda basqın edildi

Bakıda lombarda basqın edən dəstə üzvü həbs edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub.

Bildirilir ki, onun həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR