Bankomat kartı oğurlayan qadın saxlanıldı

Bakıda bankomat kartı oğurlayıb içərisindəki pulu çıxaran qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Can Əliyevanın çantasından bankomat kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanaılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR