"Jewishpress": Azərbaycan tolerantlığın vacib nümunəsidir

"Jewishpress": Azərbaycan tolerantlığın vacib nümunəsidir
12:01 9 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva -Trend:

Dünyanın müxtəlif bölgələrində nifrət və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan əsrlər boyu tolerantlığın nümunəsi kimi çıxış edib.

Trend-in məlumatına görə, bu barədə amerikalı ravvin İzrail Barukun “Jewishpress” nəşrindəki məqaləsində bildirilir.

Müəllif yazır ki, Azərbaycan qeyri-stabil regionda yerləşməsinə baxmayaraq yüz illər boyunca bir çox dini icmanın çiyin-çiyinə yaşadığı ölkə olub.

O yazır: “İki il əvvəl mən yəhudi rəmzi ilə əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə Azərbaycanda küçələrdə gəzmişəm. Bununla belə, hər hansı bir kəskin baxışla qarşılaşmadım. Bu, Azərbaycandakı dini dözümlülüyün yalnız bir nümunəsidir”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2764629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR