Fransanın baş naziri: "Böyük Britaniyadakı seçkilərin nəticələri "Brexit"ə təsir göstərməyəcək"

Fransanın baş naziri: "Böyük Britaniyadakı seçkilərin nəticələri "Brexit"ə təsir göstərməyəcək"
12:02 9 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Brexit" üzrə danışıqlar uzun və çətin olacaq, lakin Böyük Britaniyada baş tutan ümumi seçkilərin nəticəsi Avropa İttifaqını tərk etmək seçiminə təsir göstərməyəcək."
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filipp bildirib.
"Hər zaman "Brexit" üzrə müzakirələrin asan olmayacağını düşünmüşük. Faktiki olaraq, danışıqlar uzun və çətin olacaq", - E.Filipp vurğulayıb.
O, seçkilərin nəticələrinin britaniyalıların "Brexit" ilə bağlı mövqeyini dəyişəcəyinə şübhə etdiyini söyləyib.
Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası iyunun 8-də keçirilmiş növbədənkənar seçkilərdə parlament çoxluğundan məhrum olub. İndiyə qədər 17 seçki dairəsində səsvermənin nəticələri açıqlanmayıb. Amma hətta onların hamısında mühafizəkarlar qalib gəlsə belə, digər partiyalara baxmadan çoxluq hökuməti formalaşdırmaq üçün lazım olan 326 mandatı toplamaq mümkün olmayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-bas-naziri-boyuk-britaniyadaki-seckilerin-neticeleri-brexit-e-tesir-gostermeyecek-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR