DİM rəsmisi: "Son on ildə vakant dövlət qulluğu vəzifələrini tutanların 80 faizi gənclərdir"

DİM rəsmisi: "Son on ildə vakant dövlət qulluğu vəzifələrini tutanların 80 faizi gənclərdir"
12:07 9 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Biz dövlət qulluğuna qəbul üçün əmək stajına olan tələbləri aradan qaldırmışıq. Bununla gənclərə magistratura və doktorantura təhsilindən sonra dövlət qulluğu vəzifələrini tutmaq imkanı yaradılıb".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, Azərbaycanda son on ildə 6 mindən çox insan vakant dövlət qulluğu vəzifələrini tutub: "Həmin vəzifələri tutan insanların 80 faizindən çoxu gənclərdir".
B.Xəlilov qeyd edib ki, artıq vətəndaşların artıq dövlət qulluğuna inamı artıb: "Son 15 ildə dövlət qulluğuna qəbul üçün müasir sistem yaradılıb".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/son-on-ilde-vakant-dovlet-qullugu-vezifelerini-tutanlarin-80-faizi-genclerdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR