Nigeriya neft hasilatının həcmini artırır

Nigeriya neft hasilatının həcmini artırır
12:17 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Nigeriya "Forcados" markalı neftin hasilatını bərpa etdiyini bəyan edib. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nigeriyada hasilat işləri aparan Britaniya-Hollandiya birgə müəssisəsi - "Royal Dutch Shell" neft-qaz şirkəti açıqlama verib. 
Qeyd edək ki, Nigeriyada sözügedən markadan olan neftin hasilatı 2016-cı il fevralın 21-də terrorçuların hücumundan sonra dayandırılıb. Analitiklərin fikrincə, fors-major halının aradan qaldırılması nəticəsində Nigeriyanın gündəlik neft hasilatı 10% artaraq 2 mln. bareli keçəcək. Bu isə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) birgə anlaşma nəticəsində bazardan çıxardığı həcmin 20%-nin yenidən əmtəə birjalarına çıxması deməkdir. 
"Bloomberg" agentliyi yazır ki, bu ay "Forcados" markalı neftin orta günlük hasilat həcmi 250 000 barel təşkil edəcək. 
"Report"un analitik qrupu bildirir ki, ABŞ-da neft ehtiyatlarının həcminin artmasından sonra Nigeriyanın hasilatı artırması ilə bağlı xəbəri neftin ucuzlaşmasını davam etdirə bilər. Texniki təhlillər göstərir ki, hazırda "Brent" markalı neftin qiyməti kritik həddə yaxınlaşıb. Qiyməti bundan da aşağı düşərək ilkin mərhələdə 37 dollar/barel, daha sonra isə 28 dollar/barel ola bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nigeriya-neft-hasilatini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR