Arda Turana İspaniyadan da DAHA BİR ZƏRBƏ

Arda Turana İspaniyadan da DAHA BİR ZƏRBƏ
12:18 9 İyun 2017
126 Şou
Ölkə mətbuatı
A- A+

İspaniya mətbuatı Arda Turanın Barselona klubu üçün artıq yük olduğunu yazıb.

Publika.az xəbər verir ki, Milli komandada karyerasını başa vuran Arda Turan haqqında ispan mətbuatında hər gün xəbərlər çıxır. İspan mətbuatı 30 yaşlı oyunçunun müqaviləsinin bahalı olduğunu, bu səbəbdən də klubun onu təcili şəkildə satmağa çalışdığını irəli sürülüb.

“Marca” adlı qəzetdə futbolçu haqqında “Arda Turan ölü yükdür” tipli xoşagəlməz yazılar yayımlanıb. Həmçinin ispan mətbuatı Ardanın kluba 40 milyon avroya gəldiyini, illik isə 8 milyon avro qazandığını və müqaviləyə əsasən 3 ili hələ qaldığı qeyd olunub. Bahalı oyunçu olduğu üçün türk klubun futbolçunu çıxarmaq istədiyi və Çinə satmaq niyyətində olduğu fikri də iddia edilib.

İspaniya xəbər agentliyi (EFE) Arda Turanşın milli komandadan üzr istəməyərək çıxdığını və etdiyi söyüşlərdən dolayı peşmançılıq çəkmədiyini yazıb.

"CCMA" saytı isə A.Turanın instagramla bağlı yaşadığı xoşagəlməz hadisələri və özəl mesajlarının ictimaiyyətə təqdim olunmasını xatırladaraq 2017-nin onun üçün lənətli il olduğunu qeyd edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/201943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR