"Bakcell" investisiya qoyuluşuna davam edəcək

"Bakcell" investisiya qoyuluşuna davam edəcək
12:22 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun.REPORT.AZ/ "Bakcell" MMC lazımi investisiya qoyuluşlarına davam edəcək.
"Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
"2015-2016-cı illər çətin olub. 3G və 4G mobil avadanlığı idxal olunur. Manatın məzənnəsinin zəifləməsi bütün şirkətlər üçün çətinlik yaradıb. Lakin qərar verdik ki, şəbəkənin genişləndirilməsini davam etdirək. Realistik olmağa, ağılabatan investisiyalar etməyə çalışırıq. Xərcləri illərlə amortizasiya etməli, yəni illərə bölməliyik".
"Bakcell" İstifadəçilərin sayı ilə bağlı suala cavabında isə N.Bekkers bildirib ki, som 1 ildə bu rəqəm 50% artıb: "Hətta bəzi ərazilərdə 100%-dən çox artıb. Artım yüksək templə davam edir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-investisiya-qoyulusuna-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR