İdman və akrobatika gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birinciliklərinə start verildi

İdman və akrobatika gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birinciliklərinə start verildi
12:22 9 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyinə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iki gün davam edəcək turnirdə ümumilikdə 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq" Sport Klubu, "Neftçi" İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.

Yarışların ilk günündə yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastları çıxış edəcəklər.

Daha sonra mübarizəyə akrobatlar qoşulacaq. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.

Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaq. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar çıxışları ilə yarışlara yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR