Hicran Hüseynova: "Azərbaycanda gender bərabərliyi məsələsinin inkişaf etdirilməsi prioritetdir"

Hicran Hüseynova: "Azərbaycanda gender bərabərliyi məsələsinin inkişaf etdirilməsi prioritetdir"
12:22 9 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Bir çox məsələlərlə paralel olaraq gender bərabərliyi məsələsinin inkişaf etdirilməsi ölkənin əsas prioritetlərindən biridir".
"Report" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, son illər ardıcıl olaraq məişət zorakılığının qarşısının alınması ilə bağlı bir çox qanunlar qəbul olunub, qanunlara dəyişikliklər edilib: "Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyətinin dərk edilməsi və ondan irəli gələn vəzifə öhdəliklərin müəyyən edilməsi istiqamətində rayonların icra strukturlarının müvafiq qurumları, bələdiyyələr, ictimai təşkilatların nümayəndələrini maarifləndirmək üçün də təlim kurslarının təşkil edilməsinə böyük ehtiyac var. Bu tədbirləri Prezident Administrasiyasının xüsusi göstərişi ilə keçirilməsi məqsədəuyğundur. Hazırda Azərbaycanda bir neçə ali təhsil müəssisəində, məsələn, Bakı Dövlət Universitetində gender fənni tədris olunur. Dayanıqlı İnkişaf Məqsədlərinin tədris proqramına daxil edilməsi yaxşı olar. Bu sahədə müvafiq mütəxəssislərin hazırlanmasına çox böyük ehtiyac var". 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanda-gender-beraberliyi-meselesinin-inkisaf-etdirilmesi-prioritetdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR