​DYP-dən icbari sığorta ilə bağlı

Dövlət Yol Polisi (DYP) avtomobili icbari sığorta olunmayan sürücülərə müraciət edib.

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülərin inzibati qaydada məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq,qanunun tələbi icra edilməlidir:

“Yol hərəkətində istismar edilən nəqliyyat vasitəsinin icbari sığortası olmaldır. Əks halda, yol polisi tərəfindən saxılanılan sürücü avtomatik olaraq cərimələnəcək. Nəqliyyat vasitəsinin icbari sığorta edilməsini hər bir avtomobil sahibi bilməlidir. İcbari sığortaya görə cərimələrin müəyyənləşdirilməsi baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı problemləri həll edir. Sürücü-polis münasibətləri, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücülər arasında olan narazılığı aradan qaldırır.

Ən azı unutmaq olmaz ki, icbari sığortanın edilməsi, qeydə alınan yol-nəqliyyat hadisələrində qarşı tərəfə dəymiş maddi zərərin ödənilməsinə şərait yaradır. Bu da konkret olaraq, narazılığa son qoymaq deməkdir. Ona görə, vətəndaşlar ötən gün tədbiq edilən cəza sanksiyalarını nəzərə alıb, qanunun tələblərini yerinə yetirsinlər”.

Diqqətinizə çatdıraq ki, iyun ayın 7-dən etibarən avtomobilinin icbarı sığortası olmayan sürücülər 50 AZN cərimələnir.

Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə (növbəti 20 gün) avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək. Cərimənin məbləği 50 AZN-dir.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR