Bu xəstəlikdən daha çox qadınlar əziyyət çəkir

“Ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görülür”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev media nümayəndələri ilə görüşündə deyib:

“Hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şərait var. Bir sıra pilot layihələr də var ki, onların köməyi ilə bir sıra həkimlərimizin peşəkarlığını Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub. Bu layihələrin paytaxtla yanaşı regionlarda da tətbiqi nəzərdə tutulur”.

Onun sözlərinə görə, son zamanlar infarktın dünyada olduğu kimi, ölkəmizdə də gəncləşməsi müşahidə edilir. Aparılan bir sıra tədqiqatlara əsasən müəyyən edilib ki, 65 yaşdan yuxarı qeyd edilən ürək-işemik xəstəliklərinin 52 faizi qadınlarda, 48 faizi isə kişilərdə təsadüf edilir.

Dünyada aparılan tədqiqatlara əsasən bu növ xəstəliklərin yaranmasında genetik faktor ciddi təsir edir. Bundan əlavə bu xəstəliklərin yaranmasının əsas səbəbləri sırasında qohumlar arasında nigahlar, psixoemosional gərginliyin artması, oturaq həyat tərzinin yayılması, qeyri-düzgün qidalanma və bir sıra digər məqamları misal çəkmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR