Bakıda "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda konfrans keçirilir

Bakıda "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda konfrans keçirilir
12:37 9 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə konfrans keçirilir.
"Report" xəbər verir ki, məqsəd Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün qadınların cəmiyyətdə iştirakının daha da artırılması, səlahiyyətləndirilmə yolları və gender bərabərliyini nəzərdə tutan "Dayanıqlı İnkişaf Məqsədləri 5" kateqoriyasında olan qadınlara aid hədəf və göstəriciləri müzakirə etməkdir. 
Konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, həmçinin millət vəkilləri, bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların əməkdaşları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar və digər qonaqlar iştirak edirlər.


Q.İsakzai deyib ki, İslamda da qadınların cəmiyyətdə, biznes və digər sahələrdə rolu barədə nümunələr mövcuddur: "Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulur. Biz Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədləri gender bərabərliyinin təmin olunmasına önəm verir. Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi ilə bağlı olan komponentləri də tam icra olunur. Qadınların iqtisadi həyatda roluna önəm verməsək, ölkəni inkişafdan dayandırmış olarıq. Məhəmmə­d peyğəmbərin həyat y­oldaşı Xədicə uğur­lu biznesmen olub. Bu baxı­mdan İslamda da qadın­ların ictimai həyatda­ fəal olmaları barədə­ nümunələr var".
B.Muradova qeyd edib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı təkmil qanunverici baza var: "Milli mexanizmlər mövcuddur, qlobal səyləri bir araya gətirərək bu sahədəki problemləri həll edə bilərik".
H.Hüseynova Azərbaycanda gender bərabərliyi və qadınların səlahiyyətləndirilmə sahəsinə daim diqqət yetirildiyini söyləyib. 















Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bakida-dayaniqli-i-nkisaf-meqsedleri-qadinlar-ve-i-nkisaf-movzusunda-konfrans-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR