Goranboyda Xocalı sakinindən narkotik vasitələr və silah-sursat aşkarlanıb

Goranboyda Xocalı sakinindən narkotik vasitələr və silah-sursat aşkarlanıb
12:47 9 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Goranboy rayonunda Xocalı sakinindən narkotik vasitələr və silah-sursat aşkarlanıb.
Xacalı Rayon Polis Şöbəsinin (RPŞ) baş tədqiqatçısı Ramin Şükürov "Report"un Qarabağ bürosuna bildirib ki, Goranboy rayonunda Xocalı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Erkəc kənd sakini, 51 yaşlı Məntiq Kazımov şübhəli şəxs qismindəı saxlanılıb: "Məntiq Kazımov həyətyanı sahədə aqrotexniki qaydada yetişdirilən çətənə kolları və onun toxumlarını, həmçinin qurudulmuş marixuananı şəxsi istifadəsi üçün becərdiyini etiraf edib. Saxlanılan şəxsin evinə baxış zamanı sənədi olmayan 16 kalibrli ov tüfəngi və onun 27 ədəd patronu da aşkarlanaraq götürülüb".
Qeyd edək ki, bir uşaq atası olan M.Kazımov narkotik tərkibli bitkiləri bədənində olan ağrıları sakitləşdirmək üçün istifadə etdiyini bildirib. 
Faktla bağlı Xocalı RPŞ-də araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-xocali-sakininden-narkotik-vasiteler-ve-silah-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR