Ali təhsili olmayan bağça müdirləri - Maraqlı statistika

Ali təhsili olmayan bağça müdirləri - Maraqlı statistika
12:52 9 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda 7 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib. Bununla da ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı 1663-a çatıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, yeni açılan məktəbəqədər təhsil müəssisələri şəhər yerlərinddir.

Belə ki, 946 məktəbəqədər təhsil müəssisəi şəhərdə (2015-ci il bu rəqəm 939 olub), 717 təhsil müəssisə isə kənd yerlərində (2015-ci illə eyni) fəaliyyət göstərir. Ötən il məktəbəqədər təhsil müəsssisələrində 115,6 min uşaq təhsil alıb. 2015-ci ildə isə bu rəqəm 114,8 min olub. 

Bakı şəhərində 349 bağça fəaliyyət göstərir ki, burada 115622 uşaq təhsil alır.

Statistika Komitəsindən verilən məlumata görə, dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 28742-ın xəstələnmə halı qeydə alınıb. Onlardan 23465 nəfəri 3 və daha yuxarı yaşda olan uşaqlardır. 

Uşaqlar arasında qrip, yuxarı nəfəs yollarının kəskin infeksiyası 15977 nəfərdə, kəskin tonzillit 6549 nəfərdə, bədbəxt hadisə, zəhərlənmə və zədələr 148 nəfərdə, sətəlcəm 384 nəfərdə, bakterial dizenteriya 152 nəfərdə, skarlatina 137 nəfərdə, digər xəstəliklər 5395 nəfərdə müşahidə edilib.

2016-cı ildə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji işçilərin sayı 15354 olub. Onlardan 31,7 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 60,7 faizi orta ixtisas təhsilli, 7,3 faizi tam orta təhsillidir. Dövlət bağçalarında çalışan 1659 müdirdən isə 66,4 faizi ali təhsilli, 0,4 faizi natamam ali təhsilli, 31,5 faizi orta ixtisas təhsilli, 1,7 tam orta təhsillidir. 

2016-ci ildə Azərbaycanda 87 özəl bağça fəaliyyət göstərib. 2015-ci ildə isə bu rəqəm 66 olub. Özəl bağçalara ötən il 3063 uşaq gedib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR