Facebook-dan qeyri-adi vakansiya

Facebook-dan qeyri-adi vakansiya
12:57 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Facebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, menecerin iş yeri olaraq Varşava göstərilib.
 
Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
 
Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də internet və "Facebook"un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR