“AccessBank” biznes kreditləri ilə bağlı yeni kampaniya elan edib

“AccessBank” biznes kreditləri ilə bağlı yeni kampaniya elan edib
12:57 9 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ “AccessBank” QSC 15 illik yubileyi münasibətilə sahibkarlar üçün “Hədəflərinizə daha tez çatın” adlı güzəştli biznes kreditləri kampaniyasına başlayıb.
Bankdan “Report”a verilən məlumata görə, Azərbaycanın bütün regionlarını əhatə edəcək yay kampaniyasının məqsədi kiçik və orta biznes sahiblərinə daha güzəştli şərtlərlə bank xidmətləri təklif etməkdir.
Kampaniya çərçivəsində müştərilərə biznes hədəflərinə daha tez çatmaları üçün çoxsaylı güzəştlər nəzərdə tutulub. Məsələn, iş adamları kreditin və bank zəmanətinin verilməsi üçün komisyon haqqında 15% güzəşt əldə edəcəklər. Bundan başqa, biznes kreditlərinin ölkə daxilinə və xaricinə köçürülməsi, eləcə də mübadilə üçün komisyon haqqı tutulmayacaq.
Kreditlərin milli valyutada təqdim olunması da kampaniyanın üstünlüklərindən biridir, bu isə “AccessBank”ın daha çox yerli iş adamlarına maliyyə dəstəyi göstərməsinə imkan yaradacaq. Kampaniya bu ayın sonuna qədər davam edəcək.
“Biznesin maliyyələşdirilməsi üzrə bazarda lider banklardan biri olan “AccessBank”, daim ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrə, kənd təsərrüfatına və istehsalata maliyyə dəstəyi göstərir və bununla da iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhvəsini verir.
Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
“AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan “AccessBank” tam çeşidli bank xidmətləri təqdim edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-biznes-kreditleri-ile-bagli-yeni-kampaniya-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR