12000 manatlıq zinət əşyalarını oğurlayan şəxs tutulub

12000 manatlıq zinət əşyalarını oğurlayan şəxs tutulub
13:01 9 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda qohumunun evindən 12000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə (PB) müraciət edən vətəndaş İnqa Dabaxcı Seyidova bildirib ki, Nizami rayonu M.Şərifli küçəsində yerləşən mənzilinin yataq otağından naməlum şəraitdə 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə barədə məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin qohumudur və o, oğurladığı qızıl-zinət əşyalarını 6000 manata satıb.

Hadisədən əvvəl ev sahibi mənzilin açarlarını S.Allahverdiyevin həyat yoldaşına etibar edərək şəxsi işləri olduğu üçün Türkiyəyə gedib. S.Allahverdiyev isə mənzilin açarları həyat yoldaşının çantasından gizlincə götürərək oğurluq məqsədi ilə qohumunun evinə gedib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2764722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR