Neft ucuzlaşmaqda davam edəcək?

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% azalaraq 45,61 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,06% artaraq 47,83 dollar olub.

“Neftin qiyməti ucuzlaşmaqda davam edəcək”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, OPEK-in anlaşmaların uzadılması ilə bağlı qərarından sonra 52-53 dollar olan neft 48 dollara qədər düşdü:

“Son 4-5 gündə neftin qiymətində 7-8% dəyərində azalma müşahidə edilib. Bu, onu göstərir ki, OPEK qlobal oyunçu olaraq, dünya bazarına təsir etmə imkanını itirir. Əsas oyunçu indi Amerikadır. Amerikada neft hasilatının artması qiymətlərə daha çox mənfi təsir göstərib. Ciddi azalma olmasa da, neftin qiymətinin bu ilin maksimal qiymətindən (58 dollar) 13 dollar aşağı, ən azından 45 dollara qədər olacağı proqnozlaşdırılır”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR