Quranda olan bu adları uşaqlara QOYMAQ OMAZ

Quranda olan bu adları uşaqlara QOYMAQ OMAZ
13:18 9 İyun 2017
221 Digər
Ölkə mətbuatı
A- A+

Müsəlman şərqində dini adların uşaqlara verilməsi çox geniş yayılıb. Bu həm müqəddəs şəxslərə ehtiram hesab olunur, həm də belə düşünülür ki, bu cür adların daşıyıcıları həmin adların sahiblərinin himayəsində olacaqlar. Bəzi inanclı insanlar yeni doğulan uşaqlar üçün Quran açdırır, orada qarşısına ilk çıxan sözü və ya adı seçirlər. Bəs Quranda qeyd olunmuş bütün adları uşaqlara qoymaq olarmı?!

Publika.az bu suala cavab axtarıb.

Əvvəla onu qeyd edək ki, insana qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər (s.ə.v.) gözəl adlar qoymağın önəmini belə izah edib: “Sizlər qiyamət günündə özünüzün və ata-ananızın adları ilə çağırılacaqsınız. Ona görə də övladlarınıza gözəl adlar qoyun”.

Ona görə də sadəcə bu ad Quranda mövcuddur, deyə uşaqlara verilməməlidir. Əvvəlcə o adların mənası araşdırılmalı, uyğun olub-olmadığına qərar verilməlidir. Məsələn, Quranda mövcud olan və hazırda şərqdə çox yayılmış Sənəm adı “büt” deməkdir. Türkiyədə populyar ad olan Aleyna adı “bəla, sıxıntı” mənasındadır. Daha bir türk adı Kəzban “yalançı” anlamına gəlir. Yəni qız övladına Kəzban adı qoyan valideyn onun hər iki dünyada daim “Yalançı”, deyə çağırılmasına imkan yaradır. Bizdə bu ad Tükəzban olaraq qoyulur. Quranda bu söz belədir: Tükəzziban – mənası “siz yalan danışırsız, yalançısız”.

Harun adı – harın sözündəndir. Rümeysa isə gözü xəstə, zəif olan deməkdir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/201956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR