Nursultan Nazarbayev: "Şanxar Əməkdaşlıq Təşkilatının yeni tarixi başlayır"

Nursultan Nazarbayev: "Şanxar Əməkdaşlıq Təşkilatının yeni tarixi başlayır"
13:22 9 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Astana. 9 iyun. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 17-ci sammiti keçirilir. 
"Report"un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, sammitdə çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, bugünki tədbirdə Hindistan və Pakistan ŞƏT-ə üzv dövlət statusu alacaqlar.
“Bununla da ŞƏT dünya əhalisinin 40%-ni, dünya iqtisadiyyatının isə təxminən 1/3 hissəsini əhatə etmiş olacaq. Bu saamitdə demək olar ki, təşkilatımızın yeni tarixi başlayır. Hazırkı iclas sonuncu dəfə altıtərəfli formatda keçirilir. Bu gün Hindistan və Pakistana ŞƏT-ə üzv dövlət statusunun təqdim edilməsi və onların təşkilata qəbulu prosesinin yekunlaşmasına dair qərarın imzalanması barəsində razılıq əldə etdik. Yeni üzvlərin qəbulu təşkilatın inkişafına güclü təkan verəcək, onun beynəlxalq nüfuzunun yüksəlməsinə kömək edəcək”,- deyə N. Nazarbayev qeyd edib.
Sammitdə ŞƏT-ə sədrlik Qazaxıstandan Çinə təhvil veriləcək. Tədbirdə regional təhlükəsizliyin təmin edilməsi, üzv ölkələrinn iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi və humanitar məsələlərin inkişafı kimi məsələlər müxtəlif aspektlərdə nəzərdən keçirilir.
Qeyd edək ki, sammitdə təşkilata üzv dövlətlərin başçıları - Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının sədri Si Tszinpin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Raxmon və Özbəkistan prezidenti Şavkat Mirzieyev, habelə təşkilatın müşahidəçi dövlətləriin rəhbərləri - Əfqanıstan prezidenti Mohammad Əşrəf Qani, Belarus prezidenti Aleksandr Lukaşenko, Monqolustan prezidenti Tsaxiaqiyn Elbeqdorj və İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur iştirak edirlər.
Xatırladaq ki, hazırda ŞƏT-də Əfqanıstan, Belarus, Hindistan (hələlik), İran, Monqolustan və Pakistan (hələlik) isə müşahidəçi statusuna malikdirlər. Azərbaycan, Türkiyə, Ermənistan, Şri-Lanka, Kamboca və Nepal isə dialoq üzrə tərəfdaş ölkələrdirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/nursultan-nazarbayev-sanxar-emekdasliq-teskilatinin-yeni-tarixi-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR