“Bu, dəhşətli bir səhvdir!” - Ankaradan SƏRT REAKSİYA

“Bu, dəhşətli bir səhvdir!” - Ankaradan SƏRT REAKSİYA
13:23 9 İyun 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi sentyabr ayında müstəqillik üçün referendum keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə sərt reaksiya verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirlikdən verilən bəyanatda referendum qərarı “dəhşətli bir səhv” kimi qiymətləndirilib.

“Referendum qərarı dəhşətli bir səhvdir. İraqın ərazi bütövlüyü və siyasi birliyi Türkiyə xarici siyasətinin əsas prinsipləridir”, - bəyanatda deyilir.

Xatırladaq ki, kürd muxtariyyəti cari ilin sentyabrın 25-də müstəqillik referendumunun keçirlməsi barədə qərar verib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR