"Zidan "Yuventus"un əsas zəifliyini tapmışdı"

"Zidan "Yuventus"un əsas zəifliyini tapmışdı"
13:27 9 İyun 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiya mətbuatına Çempionlar Liqasının finalı barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu inamlı qələbədə Zidanın "Yuventus"u yaxşı təhlil etməsini xüsusi vurğulayıb:

""Zidan "Yuventus" müdafiəsinin zəif tərəfini tapmışdı. Bütün həftə bunu nəzərə alıb finala hazırlaşmışdıq. "Yuventus" müdafiəçiləri öz mövqelərində əla oynayırlar, bir şərtlə onları əks-hücumda tutmayasan. Bunun üzərində işləmişdik. Ona görə 4 qoldan 3-nü əks-hücumdan vurduq. Zidanı təbrik edirəm, rəqibi yaxşı təhlil etmişdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR