Bakıda avtomobil dayanacağa çırpıldı: yaralılar var

Bakıda avtomobil dayanacağa çırpıldı: yaralılar var
13:27 9 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var.

Milli.Az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Novruzovun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək dayanacağa çırpılıb.

Nəticədə dayanacaqda olan üç nəfər - 1978-ci il təvəllüdlü Tahirə Mahruzova, 1986-cı il təvəllüdlü Həsən Əliyev və orta yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR