18 nömrəli marşrut xəttinə dəyişiklik edildi

18 nömrəli marşrut xəttinə dəyişiklik edildi
13:34 9 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayı sərnişin axınına uyğun olaraq  23-dən 33-ə qədər artırılacaq.

 

Qeyd edək ki, 11.02.2017-ci il tarixində 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə  18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bakı Nəqliyyat Agentliyi apardığı monitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli marşrutun hərəkət sxeminə uyğunlaşdırılması barədə qərar qəbul edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR