Kərbəlada terror aktı, çox sayda ölü və yaralı var

İraqın şiə əhalisinin çox olduğu Kərbəla şəhərində terror hadisəsi baş verib.

Metbuat.az “Reuters”-ə istinadən xəbər verir ki, terrorçu bazarda özünü partladıb. Təhlükəsizlik xidməti ən az 20 nəfərin öldüyünü, 25 nəfərin isə yaralandığını açıqlayıb.

Əl-Müsayib qəsəbəsində baş verən hadisəni terror təşkilatı İŞİD üzərinə götürüb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR