Tereza Mey kraliçadan yeni Nazirlər Kabineti qurmaq üçün icazə istəyəcək

Tereza Mey kraliçadan yeni Nazirlər Kabineti qurmaq üçün icazə istəyəcək
14:02 9 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün yeni Nazirlər Kabineti qurmaq məqsədi ilə kraliça II Yelizavetadan icazə istəmək üçün onunla görüşəcək.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin rəsmi nümayəndəsi məlumat verib.
Bu, T.Meyin mühafizəkarlar üçün seçkilərin nəticəsinin ürəkaçan olmamasına baxmayaraq, azlıq hökuməti qurmağa hazırlaşdığını göstərən formal prosedurdur.
Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası iyunun 8-də keçirilmiş növbədənkənar seçkilərdə parlament çoxluğundan məhrum olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tereza-mey-kralicadan-yeni-nazirler-kabineti-qurmaq-ucun-icaze-isteyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR