Voleybol məşqçisi ehtirasının qurbanı oldu

Voleybol məşqçisi ehtirasının qurbanı oldu
14:05 9 İyun 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Voleybol dünyasında daha bir xoşagəlməz hadisə yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, ABŞ-ın Nyu-Meksiko ştatının Silver şəhərində baş verib.

Belə ki, orta məktəblərin birində voleybol komandasının baş məşqçisi şagirdi ilə cinsi əlaqədə olmaqda təqsirləndirilir. Ştat polisi bildirir ki, eyni zamanda, məktəbin riyaziyyat müəlliməsi olan 31 yaşlı Tiana Sançes ehtirasının qurbanı olub. Artıq həbs edilən məşqçiyə 4 maddə üzrə cinayət işi açılıb.
 
Polis hadisə ilə bağlı onlara cinsi istismara məruz qalan şagirdin anasının məlumat verdiyini bildirib. Asayiş keşikçilərinin ifadəsini aldığı azyaşlı son 1 ay ərzində çalışdırıcısı ilə 4 dəfə intim əlaqədə olduğunu açıqlayıb. Ondan əlavə, şagirdin telefonunda müəlliməsi ilə arasındakı seksual mesajlar və şəkillər aşkarlanıb.
 
Bu, Sançesin həbs edilməsi üçün yetərli olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR