Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

Məlumata görə, bu gün axşam saatlarında N. Əliyevin nəşi Bakıda olacaq.

Məlumata görə, sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək.

Nazirin harada dəfn olunacağı ilə bağlı hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.

Xatırladaq ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu. //APA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR