Şanxay Əməkdaşlıq Təşkilatının bankının yaradılması təklif edilib

Şanxay Əməkdaşlıq Təşkilatının bankının yaradılması təklif edilib
14:22 9 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Astana. 9 iyun. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu gün Astanada (Qazaxıstan) keçirilən 17-ci sammitində qurumun bankının yaradılması təklif edilib.
"Report"un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bu təkliflə Qırğızıstan prezidenti Almazbek Atambayev çıxış edib. 
“Təşkilatın təsisçilərindən biri Qırğızıstandır və onun bankının yaradılması bizim üçün əsas məsələlərdən biri olaraq qalır. Bankın yaradılmasını və baş ofisinin Bişkekdə olmasını təkid edirik”,- deyə A. Atambayev qeyd edib. 
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderlərinin təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təşkilatdır. Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən 17-ci sammit çərçivəsində Hindistan və Pakistan da təşkilatın üzv dövlətləri sırasına qatılıblar. 
Hazırda ŞƏT-də Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi statusuna malikdir. Azərbaycan, Türkiyə, Ermənistan, Şri-Lanka, Kamboca və Nepal isə dialoq üzrə tərəfdaş ölkələrdir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sanxay-emekdasliq-teskilatinin-bankinin-yaradilmasi-teklif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR