Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqləndi

Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqləndi
14:22 9 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda 4 ali məktəbin akkreditasiyası barədə əmr imzalayıb.

Mili.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirin əmri ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin və Bakı Biznes Universitetinin akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınaraq adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub.
 
Universitetlərə müvafiq keyfiyyət sənədi-sertifikat verilib, həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, hər biri üçün akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.
 
Qeyd edək ki, "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları" və "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasında 2015-2016-cı tədris ilində Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyaları keçirilib. Akkreditasiyaların nəticələri ilə bağlı Akkreditasiya komissiyalarının yekun arayışları Təhsil Nazirliyinin Akkreditasiya Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR