"Qəbələ"nin keçmiş futbolçusu erməni klubunda - FOTO

"Qəbələ"nin keçmiş futbolçusu erməni klubunda - FOTO
14:27 9 İyun 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin sabiq futbolçusu Marat İzmaylov Moskvanın "Ararat" klubuna keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qarşıdakı mövsümü Rusiyanın ikinci divizion klubunda keçirəcək.

Məlumat üçün deyək ki, "Ararat" klubu 2017-ci ildə yaradılıb və Rusiyanın 3-cü divizionunda mübarizə aparıb. Növbəti mövsümdən ikinci divizionda çıxış edəcəklər. Marat İzmaylovdan əvvəl daha bir tanınmış futbolçu - Roman Pavlyuçenkonun da transferini reallaşdırmışdılar. Kluba ermənilər rəhbərlik edirlər, prezident Andronik Keropyandır.
 
Qeyd edək ki, Marat İzmaylov karyerası ərzində "Lokomotiv", "Sportinq", "Portu", "Qəbələ" və "Krasnodar" klublarında çıxış eləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR