Borca görə şəxsiyyət vəsiqəniz girov saxlanıla bilər?

Borca görə şəxsiyyət vəsiqəniz girov saxlanıla bilər?
14:37 9 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az femida-nın girov qoyulan şəxsiyyət vəsiqələri ilə bağlı yazısını təqdim edir.

Adətən müxtəlif xidmət sahələrində və yaxud ticarət obyektlərində, müəyyən xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin girov qoyulması tələb edilir. Misal üçün, şəhərin müəyyən ərazilərində velosipedlər icarəyə verilir. Ödəniş edirsən və velosiped müəyyən müddətə sənin istifadənə verilir. Həmin velosipedləri icarəyə götürüb sürmək üçün şəxsiyyət vəsiqəsini girov qoymağı tələb edirlər. 

Şəxsiyyət vəsiqəsinin götürülməsi borc məsələlərində də geniş yayılıb. Belə ki, borclu şəxs borcu ödəmədiyi halda qarşı tərəf vəsiqəni alır və girov saxlayır. 

Şəxsiyyət vəsiqəsinin girov kimi saxlanılması qanunidirmi?

Mövzu ilə bağlı sayta açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, bu hərəkətlər qanunaziddir və cərimə ilə nəticələnə bilər.

Vəkil, həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə - beş tüz manatdan səkkiz yüz manatadək cərimə nəzərdə tutulur.

Şəxsiyyət vəsiqəsi qanunsuz saxlanılan vətəndaş nə etməlidir?

Şəxsiyyət vəsiqəsi qanunsuz götürülən və yaxud girov saxlanılan şəxs bu barədə şikayət ərizənizi həmin ərazi üzrə prokurora yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qanun pozuntusuna dair işlər üzrə icraat prokuror tərəfindən başlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR