Masallıdakı məsciddə qadınla "tutulan" BƏLƏDİYYƏ SƏDRİ DANIŞDI

Masallıdakı məsciddə qadınla "tutulan" BƏLƏDİYYƏ SƏDRİ DANIŞDI
14:38 9 İyun 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayon Hüseynhacılı kəndində sakinləri bələdiyyə sədri olan Rafiq Ağayevin sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində əyləndiyini iddia edib. Sakinlərin sözlərinə görə, bələdiyyə sədri həmin qadınla birgə Allahın evində pivə içib əylənib.

Bələdiyyə sədrini məsciddə qadınla tutdular - Masallıda BİABIRÇILIQ - FOTO

İddialarla bağlı R.Ağayevlə əlaqə saxladıq. O yayılmış məlumatın tamamilə yanlış olduğunu dedi: “Yazılanlar hamısı şər-böhtandır. Artıq bununla bağlı prokurorluğa məlumat verilib. Araşdırma aparılır”.

Ona qarşı şər-böhtan atılmasının səbəbini R.Ağayev bələdiyyə sədri olduğu üçün torpaq məsələsində narazılıqlarla əlaqələndirdi: “Kiminin torpaq, bəzisinin başqa səbəbləri olur. Belə bir iddia hazırlayıblar. Mən ancaq onu deyə bilərəm ki, hamısı şərdir. 7 ildir bu kəndin bələdiyyə sədriyəm, kənd sakinləri ilə aramda heç vaxt problem olmayıb”.

Hüseynhacılı kənd icra nümayəndəsi Füzuli Hüseynov məsələnin araşdırıldığınə və böhtan olduğunu dedi: “Həmin müraciəti edən şəxslərin heç biri bələdiyyə sədrinin elə bir hərəkətini görməyib. Sadəcə Rafiq Ağayevə qarşı qərəzləri var. Ona görə də mətbuata müraciət ediblər. Həmin müraciəti hazırlayanlardan biri hamısını başına toplayıb. Rafiq Ağayev qonşu kənddən olduğuna görə gözləri götürmür. Kiminsə həyətyanı sahəsində zəbt olub-olmaması, ya da torpağı zəbt etmələri məsələləri araşdırılır. Ola bilər ki, buna görə narazılıq edirlər. Bu bələdiyyə sədrindən xoşları gəlmir”.

R.Ağayevin özünün bu hadisəni etiraf etməsinə gəldikdə, icra nümayəndəsi bununla razılaşmadı: “Əksinə Rafiq Ağayev bu iddiaları inkar edib. Həmin adamlara məsciddə əlini “Qurani-Kərimə” əl basaraq and içməyi məsləhət görüb”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR