"Son oyundan sonra komanda yoldaşlarımdan narazı idim"

"Son oyundan sonra komanda yoldaşlarımdan narazı idim"
14:42 9 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın hücumçusu Robert Levandovski Bundesliqanın 2016/17 mövsümündə ən sərrast futbolçu olmadığına görə təəssüf hissi keçirdiyini etiraf edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, polşalı qolyador komanda yoldaşlarından dəstək görmədiyini bildirib.

"Hazırda bu fikirlər məni narahat etmir. Amma Bundesliqada mövsüm başa çatan zaman məyus idim. Komanda yoldaşlarımın mənə kifayət qədər qol imkanı yaratmamasından narazı qalmışdım. Mövsümün son oyunundan sonra komanda yoldaşlarımdan narazılıq hissim vardı".

Levandovski "Kicker" nəşrinin 248 futbolçu arasında keçirdiyi səsvermədə ötən mövsümün ən yaxşısı seçilmişdi. O, mövsümü 30 qolla başa vurmuşdu. Çempionatın bombardiri isə 31 qolla "Borussiya"nın forvardı Obameyanq olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR